SON XƏBƏRLƏR

Çin İranın neft tankerlərini sığortalayacaq

2021.10.20, 07:36
Çin İranın neft tankerlərini sığortalayacaq

Gunaz.tv

GünAz TV: Çinin bu addımı İran neftinin Asiyadakı alıcılarının narahatçılığını aradan qaldırıb.

Dünya bazarında neftin qiyməti yenidən düşüb. buna səbəb Çinin İranın neft tankerlərini sığortalaması ilə bağlı qərar verməsi olub. Bu barədə APA "Mehr" xəbər agentliyinə istinadən məlumat yayıb.

Çinin bu addımı İran neftinin Asiyadakı alıcılarının narahatçılığını aradan qaldırıb. İran Milli Neft Şirkətinin hesabatına görə, 2012-ci il martın (March) 16-da İran öz neftinə dünya bazarında 2 dollar endirimlə alıcı tapıb. Belə ki, İran yüngül dərəcəli neftinin bir barelinə (boşka) Qərbi Avropada və Cənub Afrikada müvafiq olaraq 123,06 dollar və 122,80 dollar ödəyən alıcı tapıb. İranın ağır dərəcəli neftinin bir bareli isə Avropa və Afrika qitəsində müvafiq olaraq 121,71 dollar və 121,45 dollara satılıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar