SON XƏBƏRLƏR

İranın Ermənistandakı səfirliyi Səfər Əbiyevin Tehran səfərinə açıqlıq gətirdi

2021.10.20, 07:36
İranın Ermənistandakı səfirliyi Səfər Əbiyevin Tehran səfərinə açıqlıq gətirdi

Gunaz.tv

GünAz TV: Bir müddət əvvəl Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İrana səfəri Ermənistanda ciddi narahatlıqla qarşılanıb.

Erməni mətbuatının iddiasına görə, həmin səfər zamanı Tehran tərəfi müdafiə nazirinə Azərbaycana hərbi əməkdaşlıq sahəsində lazım olan bütün dəstəyi verməyə hazır olduğunu deyib.

 Bununla bağlı dünən açıqlama yayan İranın Ermənistandakı səfirliyi deyilənləri təkzib edib. Həmin açıqlamada bildirilir ki, Tehranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində hər hansı bir dəyişiklik yoxdur. «İran tərəfi bəyan edir ki, Qarabağ münaqişəsi dinc yolla həllini tapmalıdır. Tehran hökuməti münaqişənin silah yolu ilə həllini qətiyyən qəbul etmir. Münaqişə danışıqlar və dialoq yolu ilə həll olunmalıdır». N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar