SON XƏBƏRLƏR

Xiyavda Babək Xurrəmiyə görə mağaza bağlandı

2023.08.25, 16:30
Xiyavda Babək Xurrəmiyə görə mağaza bağlandı

Xiyav (Meşginşəhər) şəhərində iş yeri Babək Xurrəmi ehsanı üçün sərin su aparatı quraşdırdığına görə bağlanıb.

Gunaz.tv

Yerli fəalların verdiyi məlumata görə, mağaza sahibi Qədəm Öaşazadə vətəndaşların pulsuz istifadəsi üçün su sərinləşdirici aparat quraşdırıb və üzərində "Babək Xurrəmi ehsaı" yazıb.

Təhlükəsizlik məmurları mağazaya hücum edərək Qədəm Paşazadəni həbs, aparatı müsadirə edib və mağazanın fəaliyyətinə qadağa qoyublar.

Qeyd edək ki, Paşazadə ailəsi Xiyavda Azərbaycan dilinin və mədəniyyətinin təbliğatçıları kimi tanınır.

Zaman Paşazadə və Alqan Xiyav şəhərinin Azərbaycan dilində yazan tanınmış şairlərindəndirlər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar