SON XƏBƏRLƏR

Siyasi məhbus Cəfər İbrahiminin həyatı təhlükədədir

2023.09.14, 11:21
Siyasi məhbus Cəfər İbrahiminin həyatı təhlükədədir

Tehranın Evin həbsxanasından Qızılhisar həbsxanasına köçürülən və buna etiraz olaraq sentyabrın 7-dən aclıq aksiyasına əl atan güneyli müəllim Cəfər İbrahiminin vəziyyəti ağırlaşıb.

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, o huşunu itirib və ağır vəziyyətdə xəstəxanaya köçürülüb.

Bir neçə gün əvvəl İran Yazıçılar Birliyi və İran İnsan Haqları təşkilatları bəyanat yayaraq, Cəfər İbrahiminin həyatına olan təhlükəyə görə hakimiyyətin məsuliyyət daşıdığını yazıblar.

Onlar bir neçə xəstəlikdən əziyyət çəkən həmədanlı müəllimin müalicəsinə imkan verilməməsini ona qarşı planlı sui-qəsd kimi dəyərləndiriblər.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il  mayın 1-nə  təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə - aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

O, "əlbir olmaq və toplaşmaq" habelə "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar