SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbusa təzyiq göstərilir

2023.09.23, 15:15
Azərbaycanlı siyasi məhbusa təzyiq göstərilir

O, narkomanların saxlanıldığı bölməyə köçürülüb

Gunaz.tv

Tehranın Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahimiyə təzyiq etmək üçün onu və başqa 12 siyasi məhbusu narkomanların saxlanıldığı bölməyə köçürüblər.

Bundan əvvəl hüquqlarının pozulduğuna etiraz olaraq aclıq aksiyası keçirən məhbusların ailələri ilə telefon danışığına qadağa qoyulub.

Qeyd edəkki, 5 il azadlıqdan məhrum edilən Cəfər İbrahimi bir neçə xəstəlikdən əziyyət çəkir və Beynəlxalq Əfv Təşkilatı, İran Yazıçılar Birliyi bəyanat yayaraq onun həyatının təhlükədə olması ilə bağlı İran hökumətinə xəbərdarlıq ediblər.

Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

O, "əlbir olmaq və toplaşmaq",  habelə "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar