SON XƏBƏRLƏR

Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

2023.09.25, 14:03
Şuşa  2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli  Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.

Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Xatırladaq ki, 2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar