SON XƏBƏRLƏR

“Traxtur” takımı “Saypa”nı məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” takımı “Saypa”nı məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAz TV: Təbriz vaxtı ilə saat 16:00-da Kərəcin inqilab stadionunda (stadyom) “Traxtur”la “Saypa” takımları (timləri) arasında keçirilən müsabiqə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 28-ci həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində, “Traxtur” oyunçusu Fərzad Hatəmi tərəfindən 35-ci dəqiqədə 1 qol vuruldu. Bu hesab müsabiqənin sonuna qədər dəyişmədi.

 

Bununlada “Traxtur-Saypa” yarışı (1 – 0) hesabı ilə milli takımımızın xeyirinə sona çatdı.

 

Təbrizin səhənd stadionunda “Şəhrdari” ilə Qum şəhərinin “Səba” takımları arasında keçirilməsi gözlənilən müsabiqə isə qarlı hava şəraitinə görə ləğv edildi. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar