SON XƏBƏRLƏR

Məhkəmə azərbaycanlı fəal Behnam Şeyxini həbsə məhkum etdi

2021.10.20, 07:36
Məhkəmə azərbaycanlı fəal Behnam Şeyxini həbsə məhkum etdi

Gunaz.tv

GünAZ TV: Tehranda azərbaycanlı fəal Behnam Şeyxi hakim Pirabbasi tərəfindən 5 il asılı (təliqi, şərti) həbsə məhkum edilib.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar bunlardan ibarətdir: Təhülkəsizliyin əleyhinə olan və nifaq salan pantürkist qrupuna üzvlük, ümumi asayişi pozmaq məqsədi ilə birləşib və ölkə təhlükəsizliyin əleyhinə fəaliyyət, sistemin əleyhinə təbliğ.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal 2009-cu il iyunun 9-u (1388-ci il xordadın 19-u) məhkəmə qərarı ilə yaxalanıb və Tehranın Evin zindanına aparılmışdır.

O, Azərbaycanın milli hüquqları uğrunda mədəni fəaliyyətlərinə görə yaxalanmışdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar