SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar istintaqa çağırılıblar

2021.10.20, 07:36
Azərbaycanlı fəallar istintaqa çağırılıblar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil və Əhər şəhərlərində bir neçə milli-mədəni fəal dindirilmək üçün istintaqa çağırılıblar.

 

Urmu Gölü etirazları zamanı tutuqlanan Ərdəbilli milli-mədəni fəallar telefon vasitəsi ilə istintaqa çağırılıblar. Onlar, 6-cı gün (şənbə günü) məhkəmənin istintaq şöbəsində olmalıdırlar.

 

İstintaqa çağırılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

-         Abbas Lisani

-         Mehdi Usuli

-         Hamid Heydəri

-         Rəhim Qulami

-         Əli Xeyrcu

-         Əsgər Əkbərzadə

-         Xaliq Əkbərzadə

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar Urmu Gölü etirazlarında tutuqlanıb və bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

 

Abbas Lisani isə telefon vasitəsi ilə çağırışı qanunsuz sayaraq istintaqa getməyəcəyini bildirib.

 

Daha bir məlumata görə, bu günə qədər dəfələrlə tutulanıb və təzyiqlərə məruz qalan azərbaycanlı fəal İbrahim Nuri də Əhər şəhərinin məhkəməsinə çağırılıb. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar