SON XƏBƏRLƏR

Əsəd əsgərlərini itirir

2021.10.20, 07:36
Əsəd əsgərlərini itirir

Gunaz.tv

GünAz TV: Suriyada gərginlik davam edir. Ölkədə baş verən hadisələrlə əlaqədar təkcə son sutka (24 saat) ərzində 14 mindən çox suriyalı Türkiyəyə sığınıb.

Türkiyəyə sığınanlar arasında Suriya ordusunun 7 generalının da olduğu bildirilir.

Bəşər Əsədə qarşı vuruşan müxaliflər isə diktatorun əmrindəki 1 generalı əsir götürdüklərini bildiriblər. Üsyançı hərbçilər general Naim Cəlilin həbsdəki müxaliflərlə dəyişdirilməsini istəyir.

Müxalif əsgərlərin komandanlarından (fərmandehlərindən) biri Əl Kürdi deyib ki, Əsəd rejimi dəyişikliklə bağlı qərarını açıqlamalıdır. Əks təqdirdə, general 2 gün ərzində öldürüləcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar