SON XƏBƏRLƏR

Avropalı müğənni Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib

2021.10.20, 07:36
Avropalı müğənni Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib

Gunaz.tv

GünAz TV: Azərbaycanın Polşadakı (Ləhistan) səfirliyi Novruz bayramı ilə əlaqədar ziyafət təşkil edib.

Səfirlikdən cümə günü verilən məlumata görə, sözügedən ziyafətdə Polşa Prezidenti Administrasiyası (yənətimi), Polşa Senatı və Seyminin rəhbərliyi və üzvləri, nazirlər və Polşanın müxtəlif nazirliklərindən, o cümlədən XİN-dən (xarici işlər nazirliyindən) yüksəkvəzifəli şəxslər iştirak ediblər. Tədbir zamanı səfir Həsən Həsənov çıxış edərək qonaqlara Novruz bayramı, onun tarixi və xalqımızın Novruz bayramına verdiyi önəm barədə məlumat verib. Tədbirdə Polşanın tanınmış kino və teatr aktrisası (bazigər) və müğənnisi xanım Malvina Kusior Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib. "Sarı gəlin" Azərbaycan xalq musiqisinin zirvəsidir. Mən onu sevə-sevə ifa etdim və onun timsalında Azərbaycan xalq musiqisinə valeh oldum. Odur ki, gələcəkdə öz repertuarımı (repertoire) Azərbaycan xalq musiqisi nümunələri hesabına daha da genişləndirməyi düşünürəm", - xanım Malvina "Sarı gəlin" mahnısını ifa etdikdən sonra deyib. Radio antenn

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar