SON XƏBƏRLƏR

Əsəd barəsində ölüm fətvası verildi

2021.10.20, 07:36
Əsəd barəsində ölüm fətvası verildi

Gunaz.tv

GünAz TV: Misirin tanınmış din xadimlərindən biri Səfvət Hicazi suriyalı diktator Bəşər Əsəd barəsində ölüm fətvası verib.

 

Bu barədə xəbəri Dubayda nəşr olunan “Gulfnews” qəzeti yayıb.

 

Məlumata görə, sabiq Misir diktatoru Hüsnü Mübarəkə qarşı keçirilən “Təhrir” yürüşlərinin də təşkilatçılarından biri olan Hicazi bu barədə Qahirədə Bəşər Əsədə qarşı keçirilən etiraz yürüşündəki çıxışında danışıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar