SON XƏBƏRLƏR

Bu gün Rusiyada növbəti yürüş keçiriləcək

2021.10.20, 07:36
Bu gün Rusiyada növbəti yürüş keçiriləcək

Gunaz.tv

GünAz TV: Rusiya müxalifəti bu gün növbəti etiraz aksiyasını (yürüş) keçirəcək.

Paytaxt Moskvanın Puşkin meydanında keçirilməsi planlaşdırılan aksiyada müxalifət nümayəndələri qorxutma tədbiri kimi müxalifət tərəfdarlarının və nümayəndələrinin həbsinin dayandırılmasını tələb edəcəklər.

 

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə,  Şəhər administrasiyası (yönətimi) bu aksiyanın keçirilməsinə icazə verməyib, lakin müxalifət şüar və plakatlar olmadan yenə də bir yerdə toplaşacağını bəyan edib. Moskva meriyası (şəhrdari) əvvəlcə Puşkin meydanında müxalifət aksiyasının keçirilməsinə icazə verəcəyini bəyan etsə də, sonradan aksiyanı Bolotnaya meydanında keçirməyi təklif edib, müxalifət nümayəndələri isə bununla razılaşmayıblar.

 

 "Xalq Azadlığı Partiyası"nın həmsədri Boris Nemtsovun bildirdiyinə görə, müxalifət tərəfdarları bu gün Puşkin meydanında Dövlət Dumasının milli vəkilinin Qennadi Qudkovla görüş keçirəcəklər və buna görə şəhər rəhbərliyindən icazə almaq lazım deyil. "Ədalətli seçkilər naminə" təşkilati komitə öz fəaliyyətinə fasilə verdiyindən, müxalifət hər həftənin şənbə günü Puşkin meydanına toplaşmaq qərarı verib.

 

 Bu günkü tədbirdə "Sol Cəbhə" müxalifət hərəkatının əlaqələndiricisi Serqey Udaltsovun da iştirakı gözlənilir. Dünən Moskvanın Presnen məhkəməsi Udaltsovun inzibati həbsini 1000 rubl cərimə ilə əvəzləyərək ləğv edib. Aksiyanın ilk 2 saatında "Ədalətli seçkilər naminə" təşkilati komitənin görüşündə prezident seçkisinin nəticələri ilə razılaşmayanların strategiyası müəyyənləşdiriləcək. Müxalifət nümayəndələri mayın 7-də Rusiyanın yeni prezidenti seçilmiş Vladimir Putinin andiçmə mərasiminə necə hazırlaşdıqları barədə danışacaqlar. Hazırda müxalifət martın 4-də baş tutmuş prezident seçkisinin nəticələrinə qarşı ən böyük etiraz aksiyasını nə vaxt keçirəcəyinə qərar verir. Moskvanın mərkəzində "Milyonların yürüşü" mayın 5-i, 6-sı yaxud 7-si baş tuta bilər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar