SON XƏBƏRLƏR

İran parlamenti vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur

2022.12.26, 11:35
İran parlamenti vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyur

Gunaz.tv

Gündəlikdə olan əsas mövzu İranda vəzifəli şəxslərin və bundan öncə vəzifə daşıyanların ölkədən çıxışına qadağa qoyulması barədə layihənin müzakirəsidir.

Qeyd edək ki, son vaxtlar etiraz aksiyalarının davam etməsi ilə eyni vaxtda hökumət məmurlarının və ya bundan öncə vəzifədə olan şəxslərin ailə üzvlərini xaricə göndərmələri ilə bağlı məlumatlar yayılmaqdadır.

Qeyd edək ki, İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar yayılıb.

Bir müddət əvvəl Britaniya parlamenti üzvləri İrandakı vəziyyət barədə iki gün öncə parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazlar məsələsi ilə bağlı “təcili sual” qaldırıblar.

Britaniya parlamentinin üzvü Bob Stüart parlamentdə iştirak edən xarici işlər nazirinin müavininə İran rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.

Cənab Stüart görüşdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsindən parlamenti "Londonun İran rejiminin misionerlərinin sığınacaq məkanına çevrilməyəcəyi barədə arxayın sala biləcəkmi" soruşub.

Parlamentin iclasında iştirak edən Böyük Britaniya xarici işlər nazirinin müavini Cillian Kiqan bu nümayəndəyə cavab verərək şayiələr barədə heç nə eşitmədiyini, ancaq məsələni araşdırıb sualı qaldıran nümayəndəyə məlumat verəcəyini deyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar