SON XƏBƏRLƏR

İranda iki cinsi azlıq nümayəndəsinə ölüm hökmü çıxarılıb

2022.09.05, 05:09
İranda iki cinsi azlıq nümayəndəsinə ölüm hökmü çıxarılıb

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İnqilab Məhkəməsi iki cinsi azlıq nümayəndəsi barəsində edam hökmü çıxarıb.

31 yaşlı Zəhra Sədiqi Həmədani və 24 yaşlı İlham Çubdar "homoseksuallığın təbliği ilə yer üzündə fəsad yaymaq"da ittiham olunublar.

Məlumatda edam hökmünün hər iki məhkuma elan olunduğu,  eyni cinayət işində adı olan və Urmu zindanının qadınlar bölməsində saxlanılan 52 yaşlı Süheyla Əşrəfinin də edam hökmünün elan olunacağının gözlənildiyi bildirilib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar