SON XƏBƏRLƏR

İran-Ermənistan arasında mal mübadiləsi artıb

2023.11.09, 12:39
İran-Ermənistan arasında mal mübadiləsi artıb

İranla Ermənistan arasında ticarət dövriyyəsi və mal mübdiləsi artıb.

Gunaz.tv

bu barədə Şərqi Azərbaycan əaylətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə məlumat verib.

Onun sözlərinə görə, son 7 ay ərzində Nurduz gömrük məntəqəsindən 40 min 500 İran yük maşını və 39 min 400 xarici yük maşını keçib.

Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 28% artım göstərir.

"Bu dövrdə Nurduz sərhədindən idxal və ixracın miqdarı 650 min 400 ton, bu sərhədə daxil olan və çıxan tranzit yüklərin miqdarı isə 142 min 500 tondur",- Orucəlizadə deyib.

O, 7 ay ərzində bu sərhəd terminalından 295 200 iranlı və xarici sərnişinin keçdiyini bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar