SON XƏBƏRLƏR

“Kiyevə atılan “İsgəndər-M” raketlərinin hamısı zərərsizləşdirilib”

2023.11.11, 13:13
“Kiyevə atılan “İsgəndər-M” raketlərinin hamısı zərərsizləşdirilib”

“Rusiya bu gün səhər saatlarında paytaxt Kiyevi yenidən raket atəşinə tutub. İlkin məlumata görə, şəhərə “İsgəndər-M” tipli ballistik raketlər atılıb”.

Gunaz.tv

Bunu Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat bildirib.

Onun sözlərinə görə, həmin raketlər “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib: “Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında da itki yoxdur.

Bir sözlə, işğalçıların növbəti hücumu dəf edilib”. 

Y.İqnat əlavə edib ki, Rusiya noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücum həyata keçirib: “Bu PUA-ların 12-i Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Rusiya əsasən sərhəd bölgəsinə hücumlar həyata keçirib.

Bundan başqa, Rusiya Ukrayna ərazisinə 3 raketlə zərbə endirib: X-31, P-800 “Oniks” və S-300”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar