SON XƏBƏRLƏR

İranda əlilər etiraz aksiyası keçirib

2023.11.20, 11:48
İranda əlilər etiraz aksiyası keçirib

Əlillər İranın müxtəlif şəhərlərində aksiya keçirərək hüquqlarının təmini barədə qanunun 27-ci maddəsinin icrasını tələb ediblər.

Gunaz.tv

Maddəyə əsasən ağır əlil və daha ağır əllilərə azı minimum əmək haqqı miqdarında məişət yardımı olunmaldır.

“Əlil olan şəxslərin hüquqlarını müdafiə” Teleqram kanalının bildirməsinə istinadən aksiya  noyabrın 18-i müvafiq idarələrin qarşısında İranın Sari, Çahbahar, Əhvaz, Kirmanşah, Təfriş şəhərlərində keçirilbi.

Güney Azərbaycanın Ərdəbil şəhərində əksəriyyəti qadın olan əllilər şəhərin Məişət İdarəsi qarşısında toplaşıblar. 

Sari şəhərində toplaşma Mazandaran Əyalətinin İcra Hakimiyyəti binasının qarşısında olub. 

Kirmaşahda aksiyaçılar üzərində “əlilər qanunun icra olunmaması, insan şanı və şərəfinə təhqirdir və respublikada insan haqlarının açıqcasına pozulması hesab olunur” yazılmış plakad nümayiş etdiriblər. 

Bu toplaşmalar əvvəlcədən elan olunaraq Tehran istisna olmaqla “Əlilərin Respublika üzrə 8-ci Aksiyası” adı ilə qeyd olunan şəhərlərdə keçirilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar