SON XƏBƏRLƏR

İranda mediaya qarşı təzyiqlər davam edir

2023.11.27, 16:23
İranda mediaya qarşı təzyiqlər davam edir

İran məhkəməsi nisbətən müstəqil mövqeyi ilə tanınan "Etimad" qəzetinə qarşı cinayət işi açıb.

Gunaz.tv

Bu barədə qəzetin saytında məlumat yayılıb.

Bildirilib ki, buna səbəb Daxili İşlər Nazirliyinin məcburi hicab qaydalarının tətbiqinə müxalif olanlara qarşı təzyiq göstərilməsi barədə sərəncamının qəzetdə yayılması olub. 

"Etimad"a qarşı açılan cinayət işində "gizli sənədi yaymaq" ittihamı irəli sürülüb.

Qəzet Daxili İşlər Nazirliyinin sərəncamını yayaraq, xüsusən son vaxtlar Tehran və başqa şəhərlərdə "Hicabban" (hicab mühafizəçiləri) adlanan şəxslərin nazirliyin məmurları olduğunu süvut edib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi məcburi hicab qaydalarını pozanlara nəzarət edən "Hicabban"lardan xəbəri olmadığını iddia etmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar