SON XƏBƏRLƏR

Şoyqu: Rusiya ordusu Ukraynanın əks hücumunu dəf edərək əsas məqsədinə çatıb

2023.12.26, 14:56
Şoyqu: Rusiya ordusu Ukraynanın əks hücumunu dəf edərək əsas məqsədinə çatıb

Rusiya Silahlı Qüvvələri ötən ilin əsas məqsədini yerinə yetirib.

Gunaz.tv

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi selektor müşavirədə bildirib.

Onun sözlərinə görə, ötən ilin əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin Kiyev və Qərbin yüksək səslə elan etdiyi əks-hücum əməliyyatının qarşısını almaq olub.

Şoyqu vurğulayıb ki, Rusiya ordusu daim daha sərfəli mövqelər tutur və nəzarəti altında olan əraziləri bütün istiqamətlərdə genişləndirir, xüsusi əməliyyatın məqsədlərinə çatmağa çalışır. 

"Rusiya Silahlı Qüvvələri ardıcıl olaraq xüsusi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaq istiqamətində irəliləyir", - deyə Rusiya MN başçısı qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar