SON XƏBƏRLƏR

"İsrailə yeddi istiqamətdən hücum edilir"

2023.12.26, 15:53
"İsrailə yeddi istiqamətdən hücum edilir"

İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında davam edən müharibə fonunda ölkəsinə yeddi istiqamətdən hücum edildiyini və hərbçilərin indiyədək onlardan altısına cavab verdiyini deyib.

Gunaz.tv

 "Times of Israel"ə istinadən xəbər verir ki, nazir bu barədə Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.

“Biz çox cəbhəli müharibədəyik. Bizə yeddi fərqli arenadan hücum edilir: Qəzza, Livan, Suriya, İordan çayının qərb sahili, İraq, Yəmən və İran. Biz artıq bunlardan altısına cavab vermişik və mən burada aydın şəkildə deyirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kimin toxunulmazlığı yoxdur”, - İsrailin müdafiə naziri deyib.

Yoav Qallant Qəzzadakı müharibənin “uzun və çətin, eyni zamanda, ağır bədəlli müharibə" olacağını qeyd edib və əlavə edib ki, bu müharibənin səbəbləri də güclüdür.

“Müharibənin məqsədlərinə çatmasaq, özümüz elə bir vəziyyətə düşəcəyik ki, insanlar onları necə qoruyacağımızı bilmədiyimiz yerdə yaşamaq istəməyəcəklər”, - o deyib.

“Bu, milli qətiyyət mübarizəsidir və mən bir daha sizə deyirəm ki, biz HAMAS-ı məğlub edəcəyik", - Qallant vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar