SON XƏBƏRLƏR

4 yaşlı qızcığaz analığının işgəncələri nəticəsində ölüb

2023.12.27, 12:34
4 yaşlı qızcığaz analığının işgəncələri nəticəsində ölüb

Urmiyalı Ava analığının əziyyət verməsi, incitmə və döyməsi nəticsində dünyasını dəyişib.

Gunaz.tv

Körpə Urmiyanın Mütəhhəri adına Xəstəxanasında 2 həftə müalicə almasına baxmayaraq,“beyin ölümü” diaqnozu ilə dünyasını dəyişib.

Onun yaxın qohumlarından biri körpənin faciəli ölümü tarixçəsinə toxunaraq anasının başqa bir kişi ilə Tükiyəyə qaçdığını, atasının isə başqa bir qadınla evləndiyini bildidirb. 

İkinci arvad ərinin  gözündən uzaq körpəni incitməyə və döyməyə başlayır. Sonuncu dəfə qızcığazı qaldırıb 3-cü pilləkəndən aşağı atır. Körpə qalxır və gicəllənərk həyətin giriş qapısına sarı gedib yıxılır. 

Qadın evə girişdə kamera quraşdırılmasını bilməyib. Nəticədə kamera çəkilişləri və müalicə həkiminin ölüm barədə diaqnozu faciənin səbəblərini aşkarlayır. 

Məlumata əsasən Ava və 8 yaşlı qardaşı Araz atalarının birinci aravdı boşmasından sonra 5 ay Urmiyada babaları evində qalıblar. 

Araz məktəbə gedirmiş, Ava isə bütün gün analığı yanında qalıb. Atasının iş yeri isə Təbzidə olub. 

Qohumlarının deməsinə görə, Ava həmişə anasını çağırıraq inildəyib ağlayırmış.

Cinayət axtarış məmurları qızcığazın 27 yaşı analığını saxlayıblar.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar