SON XƏBƏRLƏR

Daha 30 ailə Füzuli şəhərinə yola salınıb

2024.01.18, 10:22
Daha 30 ailə Füzuli şəhərinə yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Gunaz.tv

Respublikanın müxtəlif ərazilərində -  yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərinə 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar