SON XƏBƏRLƏR

Soyuqbulaqda dövlət məmurları barədə məhkəmə qərarı çıxarılıb

2024.02.15, 14:30
Soyuqbulaqda dövlət məmurları barədə məhkəmə qərarı çıxarılıb

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin korrupsiyada günahlandırılan 7 bələdiyyə məmuru və Şəhər Şurası üzvü barədə ilkin hökm çıxarılıb.

Gunaz.tv

Bu barədə əyalətin baş hakimi Nasir Ətəbati açıqlama verib.

Onların Rüşvət almaq və vermək, vəzifə səlahiyyətlərindən su-istifadə, rəsmi sənədləri saxtalaşdırmaqla sərvət əldə etmək və bu kimi cinayətlərdə ittiham olunduqları bildirilib.

Məlumatda həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar