SON XƏBƏRLƏR

“Traxtur”la “Qarabağ” takımları arasında yoldaşlıq görüşü keçirəcək

2021.10.20, 07:36
“Traxtur”la “Qarabağ” takımları arasında yoldaşlıq görüşü keçirəcək

Gunaz.tv

GünAz TV: Türkiyədə təlim-məşq toplanışında olan Güney Azərbaycanın “Traxtur” futbol takımı (timi) ilə Azərbaycan Cümhuriyyətinin  “Qarabağ” takımı arasında yoldaşlıq görüşü keçirəcək.

 

Güney və Quzey Azərbaycanın ən məşhur takımları arasında görüş iyulun 11-də (tirin 21-də) Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

 

Həmçinin “Traxtur-Qarabağ” görüşündən öncə iyulun 7-də (tirin 17-də) “Traxtur” takımı Rusiyanın “Volqa” takımı ilə üz-üzə gələcək.

 

Məlumatda qeyd edilib ki, ”Qarabağ”ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma takımın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nəzərə alıb tarixi oyunun keçirilməsinə şərait yaradıb.

 

Qeyd edək ki, bu tarixi qarşılaşmanı televizya vasitəsi ilə 50 milyon soydaşımızın izləyəcəyi ehtimal olunur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar