SON XƏBƏRLƏR

Ərdəbildə tarixi körpü baxımsız qalıb

2026.09.30, 14:53
Ərdəbildə tarixi körpü baxımsız qalıb

Bir müddət əvvəl Ərdəbil əyalətində yerləşən tarixi Qırmızı körpünün bəzi hissələri dağıdılıb və bu günə kimi bərpa edilməyib.

Gunaz.tv

Bu haqda yerli mədəni fəallar məlumat yayıb.

Xəsarətlərin tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları zamanı meydana gəldiyi, əyalətin Mədəni İrs və başqa əlaqədar qurumlarının tədbirlər görmədiyi bildirilib.

Qeyd edək ki, Səfəvi dövrünün memarlıq nümunələrindən olan Qırmızı körpü (Ağlağan körpü də deyilir- red) Ərdəbil-Nəmin yolunun 7 kilometrliyində Balıqlı çay üzərində qurulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar