SON XƏBƏRLƏR

İnsan haqları üzrə bəluç aktivist mükafata layiq görülüb

2024.03.02, 12:45
İnsan haqları üzrə bəluç aktivist mükafata layiq görülüb

Miliyyətcə bəluç xalqına mənsub insan haqları aktivisti Fəriba Bəluç Cəsarətli Qadınlar Beynəlxalq Mükafatına layiq görülüb.

Gunaz.tv

O, 2024-cü il üzrə həmin mükafata layiq görülmüş 12 qadından biridir. 

Bəluç aktivist mükafatı sabah mart ayının 3-ü ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken və Amerikanın birinci xanımı Cill Baydenin iştirakı ilə Ağ Evdə alacaq.

ABŞ Dövlət Departamenti martın 1-də yaydığı bəyanatda London şəhərində yaşayan aktivist barədə yazıb: “O, İranın Sistan və Bəluçistan Əyalətindən və bəluç irqinə mənsubdur. 

Aktivist Sistan və Bəluçistan Əyalətində qadın haqları və insan haqlarının kritik vəziyyətdə olduğu, İran rejiminin represiyaları, edamları və etniklərə qarşı sistemli ayrısçekilik siyasətləri barədə açıq danışıb”.

Bəyanatda həmçinin deyilir: “Friba Bəluç insan haqları üzrə fəaliyyətlərinə görə İran hakimiyəti tərəfindən qorxudulub, öldürüləcəyi ilə hədələnib, oğlu və qaradaşı İranda saxlanılıb. 

Lakin O, sarsılmayıb. Hələ də iranlı qadınların hüquqlarını müdafiə etməyə, İran tərəfindən cinsiyyət, etnik və firqə ayrıseçkliyi siyasətlərinə qarşı diqqətləri çəkmyə davam edir”.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar