SON XƏBƏRLƏR

İran Əli Xaməneinin hesablarının bağlanmasına görə etiraz edib

2024.03.09, 14:29
İran Əli Xaməneinin hesablarının bağlanmasına görə etiraz edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əli Xaməneinin sosial media hesablarının bağlanmasına görə "Meta" şirkətini tənqid edib.

Gunaz.tv

O, bu barədə “Middle East Eye” saytına müsahibəsində deyib.

Abdullahian İran rəhbərinin sosial media hesablarının bağlanılmasını söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib.

"Bu həm də onun milyonlarla izləyicisinə qarşı təhqirdir",- nazir bildirib.

Qeyd edək ki, Əli Xamənei və başqa İran rəsmilərinin göstərişi ilə xüsusən 2022-2023-cü illərdə İranda "İnstaqram" və "Facebook"a giriş məhdudlaşdırılıb.

Onlar sosial media platformalarının ölkədə yığışdırılması və yerli alternativ platformalardan istifadəni təklif etsələr də, özləri adı çəkilən sosial media hesablarından istifadə ediblər.

Hüseyn Əmir Abdullahianın "Meta" şirkətini söz azadlığını məhdudlaşdırmaqda günahlandırması iranlı müxalifət və sosial media istifadəçilərinin istehzasına səbəb olub.

Onlar İran rəsmilərinin ölkədə azad fikirə, sözə və mediaya tətbiq etdikləri qadağaları, İranda həbsdə olan yüzlərlə jurnalist və media fəalının həbsini xatırladıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar