SON XƏBƏRLƏR

Ənsarulla qurupu ABŞ döyüş gəmisinə həmlə edib

2024.03.13, 12:01
Ənsarulla qurupu ABŞ döyüş gəmisinə həmlə edib

Yəməndəki Ənsarulla Qrupu ballistik raket vasitəsi ilə Qırmızı Dənizdə Amerikanın döyüş gəmisinə həmlə edib.

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (SentKom) bu barədə məlumat yayaraq həmlənin martın 12-də  Laboon gəmisinə olunduğunu, lakin raketin gəmiyə dəymədiyini bildirib. 

Komandanlıq həmçinin beynəlxalq koalisiyaya məxsus döyüş gəmilərindən istifadə olunmaqla 2 PUA-nın da məhv edildiyini vurğulayıb. 

Məlumata əsasən ticarət gəmiləri və bölgədə ABŞ dəniz qüvvələrinə potensial təhlükə olan həmin PUA-lar Ənsaulla qrupunun nəzarətində olan ərazilərdən havaya qalxıb. 

Ənsarulla İran tərəfindən dəstəklənən qruplardan biri hesab olunur.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar