SON XƏBƏRLƏR

Xəbər agentliyinin fotoqrafı işdən qovulub

2024.03.13, 15:08
Xəbər agentliyinin fotoqrafı işdən qovulub

İranın IRNA dövlət XA-nin fotoqrafı etirazlar barədə şəkil çəkib paylaşdığına görə işdən qovulub.

Gunaz.tv

Qovulmuş fotoqraf Həna Xələc bu barədə deyib: “bir neçə həftəlik fəaliyyətimə icazə verilməməklə, nəhayət ki, bu gün (martın 13-ü) işdən ovulduğum barədə məktub IRNA Xəbər Şəkilləri Xidmətinə daxil oldu”.

Həna Xələcin qovulması səbəbi barədə məlumata əsasən O, İran yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşa etirazlarını bildirən kəndlilərin toplaşmasından şəkillər çəkib. 

Belə ki, nazir, İslami Şura Məclisinin bir sıra  deputatları ilə birgə Qəzvin Əyaləti Rüştqun kəndi ərazilərində mənzil tikintisi təməlatma mərasimidə iştirak ediblər. 

Bu zaman kənd əhalisi əkin torpaqları və otlaqlarının dövlət tərəfindən qanundankənar mənimsənilməsi səbəbindən nazirə etirazlarını bildiriblər. 

Agentlik tərəfindən mərasim barədə şəkil çəkməyə göndərilmiş fotoqraf aksiya keçirən kəndilərdən də şəkillər çəkib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar