SON XƏBƏRLƏR

Niger İrana uran satışı fikrindədir

2024.03.18, 11:03
Niger İrana uran satışı fikrindədir

ABŞ Nigerin hərbi hakimiyyətini İrana uran satışı üzrə məxfi razılaşma bağlamaq üçün danışıqlar aparmaqda ittiham edib.

Gunaz.tv

Bu barədə Niger rəsmiləri Val Strit Jurnal dərgisinə bildirərək həmin ittiham səbəbindən Vaşinqtonla terrorizm əleyhinə hərbi ittifaqa son qoymaq niyyətində olduqlarını deyiblər.

Dərginin verdiyi bildiyə görə Nigerin baş naziri Əli Mahaman Ələmin Zeynin bir müddət əvvəl Tehranda İran prezidenti İbrahim Rəisi ilə fevraldakı görüşündə uran satışı barədə danışıqlar olub.

Qərb rəsmiləri bildiriblər ki, uran satışı barədə Niger və İran arasında danışıqlar yekunlaşmaq üzrədir. 

ABŞ-ın terrorizmə qarşı hərbi əməkdaşlığa son qoyulması barədə qərar Afrikaının qərbində islamşçıların qarşısını almaq üçün Vaşinqtonun cəhdlərinə ciddi zərbə hesab olunur. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar