SON XƏBƏRLƏR

"Mir" Ermənistanın əksər banklarında fəaliyyətini dayandırır

2024.03.19, 12:07
"Mir" Ermənistanın əksər banklarında fəaliyyətini dayandırır

Rusiyanın milli kart ödəmə sistemi "Mir" martın 30-na kimi Ermənistanın əksər banklarında fəaliyyətini dayandıracaq.

Gunaz.tv

Məlumata görə, "VTB Armenia" istinsa olmaqla, digər əksər bankların bankomat və pos-terminalları "Mir" üzrə xidmət göstərməyəcək. Qeyd edilib ki, hazırda Mir kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.

Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir, onlardan 22-si Yerevandadır. Ölkə üzrə müştərilərin ixtiyarında olan 190-dan çox bankomat da mövcuddur.

Kart sisteminin nümayəndəsi isə bildirib ki, Mir sistemi xarici tərəfdaşlarla işi məhdudlaşdırmır, lakin digər ölkələrin bankları Mir kartlarını cihazlarının şəbəkəsində qəbul etmək barədə öz qərarlarını verirlər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar