SON XƏBƏRLƏR

İranın tərkisilah konferansı sədrliyinə keçməsi tənqidlərə səbəb olub

2024.03.20, 11:57
İranın tərkisilah konferansı sədrliyinə keçməsi tənqidlərə səbəb olub

BMT-nin Tərkisilah Konferansı sədrliyinə martın 18-də  İndoneziyadan İrana keçməsi rejimə qarşı aktivistlər və ABŞ qanunvericiləri tərəfindən tənqidlərə səbəb olub.

Gunaz.tv

Onlar dünyada çaxnaşmalara, qarşıdurmalara və silah yayılmasına səbəb olan Tehranın Konferans sədrliyə keçməsinin “dünya ictimaiyyəti vicdanına təhqir” kimi qiymətləndiriblər. 

ABŞ Nümyəndələr Palatasının üzvü Anna Paulina Lona bu barədə mövqe bildirib.

“İslami rejimin stajı və nüvə anlaşmasının ardıcıl pozması Konferansın baş məqsədinə ziddir. BMT tərəfindən mollaların qatil rejiminə legitimlik verməsinin davam etdirilməsi iyrənclik doğurur”- deyə Paulina Lona vurğulayıb. 

Xatırladaq ki, BMT-nin Tərkisilah Konferansı yanvar ayının sonlarından etibarən Cenecrədə başlayıb. Konferan sentyabr ayının ortalıarına qədər davam edəcək. 

Bu müddətdə konferansa sədrlik əlifba sırası ilə dövri olaraq üzv ölkələrə ötürülür.  Hər bir üzv isə konferansa 4 həftə sədrlikedir.

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar