SON XƏBƏRLƏR

Hakan Fidan: “Türkiyə gələcəyini Avropada görməyə davam edir”

2024.03.21, 09:43
Hakan Fidan: “Türkiyə gələcəyini Avropada görməyə davam edir”

Türkiyənin Avropa İttifaqına üzv olmağa dair strateji baxışı qüvvədə qalır, lakin Aİ-də belə bir dialoq aparmaq üçün siyasi iradə nümayiş etdirilmir.

Gunaz.tv

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə gələcəyini Avropada görməyə davam edir. Prezidentimizin daha öncə də təsdiq etdiyi kimi, Ankaranın Aİ-yə daxil olmaq üçün strateji baxışı dəyişməyib. Aİ-nin ayrı-ayrı ölkələri ilə münasibətləri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, lakin Aİ ilə əlaqələrin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır. Bu heç də həmişə bizim xeyrimizə olmur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi tələb olunur.

“2004 və 2005-ci illərdə bu danışıqlar mövcud olub, lakin daha sonra bu proses eroziyaya məruz qalıb. Nəticədə onun yerini Türkiyəyə qarşı fərqli siyasi mövqe alıb”, - deyə Hakan Fidan əlavə edib .

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar