SON XƏBƏRLƏR

"Məqsədimiz İranda cinayət törədənləri mühakiməyə çəkməkdir"- Cavid Rahman

2024.03.22, 13:45
"Məqsədimiz İranda cinayət törədənləri mühakiməyə çəkməkdir"- Cavid Rahman

İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçisi İrandan xaric müxalifətə bağlı xəbər agentiyi ilə müsahibəsində qadın haqları kimi məsələlər barədə tədqiqat apardığını deyib..

Gunaz.tv

O,  İranda insan haqları sahəsində törədilmiş cinayətlər üzrə Gerçəkliyi Ayırdetmə Komitəsinin təşkili məqsədlərini açıqlayıb: “məqsəd sübutları qoruyub nəhayət cavabdeh və mühakimə etmə mərhələsinə çatdırmaqdır. 

Biz bəşəriyyətə qarşı cinayət törədənlərin müəyyən mexanizmlərlə ədalətin cəzasından qurtula bilməyəcəklərinə arxayın olmaq istəyirik”.

BMT-nin xüsusi məruzəçisi həmçinin deyib: “Cavabdeh etdirmə mexanizmlərindən biri beynəlxalq mühakimə səlahiyyətidir. Yetərincə sübutlar mövcud olarsa cavabdeh etdirmək reallaşacaq. Bunu İsveçdə Həmid Nurinin mühakiməsində müşahidə etdik.”

Xatırladaq ki, prokuror köməkçisi olmuş Həmid Nuri 1988-ci ilin Yayında İranın Kərəc şəhəri Gövhərdəşt Həbsxanasında saxlanılan siyasi məhbusların kütləvi edam edilməsində rolu olduğu barədə ittiham olunub. 

Həmid Nurinin iştirakı ilə keçrilən mühakimə prosesində Skotholm məhkəməsi onu ömürlük həbsə məhkum edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar