SON XƏBƏRLƏR

Atəş nəticəsində 120 aksiyaçının kor olduğu ilk olaraq təsdiqlənib

2024.03.23, 12:10
Atəş nəticəsində 120 aksiyaçının kor olduğu ilk olaraq təsdiqlənib

Berkli Universitetinin İnsan Haqları Mərkəzi İranda “qadın, yaşam, azadlıq” hərəkatı zamanı bir başa atəş açılması ilə 120 iştirakçının göz nahiyəsindən xəsarət alaraq kor olduqlarını təsdiqləyib.

Gunaz.tv

Mərkəzin tədqiqatçıları martın 22-də təsdiqləmələrinə əsasən həmin aksiya iştirakçıları basqı məmurlarının tərəfindən dəmir saçma, plastik “Pintball” və hətta gözyaşardıcıların atılması ilə xəsarət alaraq görmə qabiliyyətlərini itiriblər.

Bildirilib ki, gözündən xəsarət alanların əksəriyyətinin yaşı 30-dan aşağı olub. Mərkəzin bildirdiyinə görə onlardan biri balkondan küçədəki aksiyalara baxan 5 yaşlı qız uşağıdır. 

Mərkəzin müdirlərindən biri Aleksa Konig İran rəmislərinin cavabdeh edilmələri barədə deyib: “hesabatda təqdim edilmiş məlumatlar yekun olaraq beynəlxalaq hüquqi qurumlarda İran rəsmiləri və əlaltılarının qanuni təqiblərinə sübut sənədləri kimi istifadə oluna bilər”.

Onun müdiriyyəti altında olan tədqiqat komandasının bu barədə tapıntıları Sara Hüseynlə birgə keçirilmiş dəyirmimasada video şəklində təqdim olunub.

Banqladeşli vəkil Sara Hüseyn İran barədə gerçəklikləri müstəqil ayırdetmə üzrə beynəlxalq komitənin sədridir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar