SON XƏBƏRLƏR

Əli Xaməneinin nümayəndələri yenidən məcburi hicab qaydalarının sərtəlşidirlməsinə çağırdılar

2024.03.23, 13:06
Əli Xaməneinin nümayəndələri yenidən məcburi hicab qaydalarının sərtəlşidirlməsinə çağırdılar

Martın 22-i, yeni günəş ilinin ilk cümə namzaında İran rəhbəri Əli Xaməneinin əyalətlərdəki nümayəndələri və şəhərlərin cümə imamları məcburi hicab qaydaları ilə bağlı çağırışlar ediblər.

Gunaz.tv

Onlar hicab qaydalarının dahada sərtləşdirilməsini istəyiblər.

Cümə imamları məcburi hicab qaydalarını pozanları İslam Respublikasının düşmənlərinə xidmət etməkdə ittiham ediblər.  

Xaməneinin Xuzistan əyalətindəki nümayəndəsi və Əhvaz şəhərinin cümə imamı Seyyid Əbdülnəbi Musəvifərd isə hicabın İmam Zamanın qırmızı xətti olduğunu deyib.

Qeyd edək ki, bu çıxışlar bundan əvvəl Əli Xaməneinin məcburi hican qaydalarının tətbiqi ilə bağlı çağırışının davamıdır.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- Xamənei bildirmişdi.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar