SON XƏBƏRLƏR

İranda daha bir hökumət mollası öldürülüb

2024.03.25, 15:00
İranda daha bir hökumət mollası öldürülüb

İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində hökumət mollası öldürülüb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Həmzə Əkrəmi adlı molla soyuq silah vasitəsilə qətlə yetirilib.

Rəsmi mənbələr mollanın tamah məqsədilə öldürüldüyünü və onun avtomobilinin oğurlandığını iddia edib.

Sosial media fəalları və qeyri-rəsmi mənbələr isə Həmzə Əkrəminin məcburi hicab qaydalarını pozan qadınlara qarşı təhqiramiz hərəkətlərinə görə cəzalandırıldığını yazıb.

İran mediası qatilin həbs edildiyini yazsa da, onun kimliyi barədə açıqlama verməyib. 

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, molla və cümə imamlarınına qarşı hücumların artdığını söyləyib və bunun qarşısının alınması üçün onları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar