SON XƏBƏRLƏR

Cozep Borel müxtəlif mövzular barədə İranın XİN ilə telefon danışığı etdiyini bildirib.

2024.03.26, 11:19
Cozep Borel müxtəlif mövzular barədə İranın XİN ilə telefon danışığı etdiyini bildirib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasətləri yüksək təmsilçisi ikitərəfli mövzular barədə Əmir Abdullahianla telefon danışğı apardığını deyib. 

Gunaz.tv

Borel bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib.

“Saxlanılmış vətəndaşların azad edilməsi vacibliyi, İran tərəfindən Rusiyaya ballistik raketlərin göndərilməsi ehtimalı, nüvə məsələsi üzrə qarşıdurmaların artırılmasından çəkinmək, həmçinin Qəzza barədə Əmir Abdullahianla danışmışam” Borel yazıb.

Xatırladaq ki, Avropa İttifaqı xəbərdarlıq edərək İran tərəfindən ehtimal olaraq Rusiyaya ballistik raketlərinin göndərildiyi təqdirdə bu ölkəyə yeni və daha kəskin sanksiyalar, o cümlədən İran Air Hava Yollarının Avropaya uçuşlarına qadağa tətbiq olunacağı deyib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar