SON XƏBƏRLƏR

Baş katib: KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər

2024.03.28, 13:40
Baş katib: KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər resurslar və su ilə bağlı münaqişələrlə üzləşə bilər.

Gunaz.tv

Bunu KTMT baş katibi İmanqali Tasmaqambetov Rusiyanın “Nasionalnaya Oborona” jurnalına müsahibəsində bildirib.

O, təşkilata üzv dövlətlərin üzləşə biləcəyi təhlükələrdən danışıb: “Əgər biz konkret regional problemlərə diqqət yetirsək, onda ilk növbədə resurslar üzərində münaqişələr barədə təhlükəni qeyd etməliyik... Üstəlik, ərazi də resurs kimi çıxış edir. Su resursu sərhəd münaqişələri üçün formatdır və bu qiymətli resursdur”.

Bununla belə, KTMT baş katibi əlavə edib ki, təşkilat bu təhlükələri neytrallaşdırmaq potensialına malikdir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar