SON XƏBƏRLƏR

Həmid Nurinin oğlu İsveçdə həbs edildi

2024.03.29, 15:31
Həmid Nurinin oğlu İsveçdə həbs edildi

İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri İsveç polisi tərəfindən saxlanılıb.

Gunaz.tv

Bu barədə İran mediası Həmid Nurinin Qəzə Atiyə Niriyə istinadən məlumat yayıb.

Atiyə Nuri qardaşının İsveçə atasını görmək üçün getdiyini və orada həbs edildiyini söyləyib.

O, qardaşının həbsinin səbəbi və təfərrüatı barədə məluamtlı olmadıqlarını bildirib.

Məcid Nuri bundan əvvəl İran mediasına verdiyi müsahibələrində  İsveç həbsxanasında atasına işgəncə verildiyi barədfə iddialar irəli sürüb.

Qeyd edək ki, Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbusun edamındakı roluna görə, 2019-cu ilin noyabrında İsveçə səfəri zamanı həbs edilib.

İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib və hazırda İstokholm həbsxanasında saxlanılır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar