SON XƏBƏRLƏR

İranda vətəndaşların məcburi hicab qaydalarına qarşı müqaviməti davam edir

2024.04.01, 16:56
İranda vətəndaşların məcburi hicab qaydalarına qarşı müqaviməti davam edir

İranda vətəndaşların molla rejiminə qarşı mübarizəsi davam edir. 

Gunaz.tv

Keçən həftəsonu ərzində məcburi hicab qaydaları ilə bağlı vətəndaşlara irad bildirən və onları təhqir edən iki əxlaq polisii döyülüb.

Cümə günü axşam saatlarında Həmədan şəhərində də hücuma məruz qalan əxlaq polisi “ağır xəsarətlər” alaraq xəstəxanaya yerləşdirilib.

Şənbə günü İsfahan əyalətində daha bir əxlaq polisi Nəqş-e Cahan meydanında "hücuma" məruz qalıb. Sosial mediada hadisənin görüntüləri sürətlə yayıldıqdan sonra həmin ərazidə bir neçə müəssisə bağlanıb.

Hicaba qarşı etirazların yeni dalğası 2022-ci ildə gənc qızın əxlaq polisinin nəzarətində ölməsindən sonra başlayıb. O vaxtdan bəri yüz minlərlə qadın geyimlərini seçmək hüququnun tələbi və məcburi hicab qaydalarına etiraz əlaməti olaraq hicablarını atıblar.

İran rejimi kütləvi etirazları yatırmaq üçün əxlaq polisinin patrul xidmətini genişləndirib. Bu isə etirazçılarla əxlaq polisləri arasında qarşıdurma hallarının artmasına səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar