SON XƏBƏRLƏR

“İran konsulluğuna həmlə üzrə ABŞ-ın rolu olduğu barədə iddia absurddur”- ABŞ rəsmisi

2024.04.03, 14:41
“İran konsulluğuna həmlə üzrə ABŞ-ın rolu olduğu barədə iddia absurddur”- ABŞ rəsmisi

Ağ Ev İranın XİN-nin Amerikanın təqsirli olması barədə iddiasına cavab olaraq  onun sözlərinin “boş iddia” olduğunu deyib.

Gunaz.tv

Milli təhlükəsizlik müşaviri Con Kirbi aprelin 2-i keçirdiyi brifinqdə "ABŞ İran tərəfindən əvəz açılacağını gözləyirmi?" sualını cavablandırıb. 

“Mən şəxsən Rəhbərin və SEPAH-ın intiqam almağa hansı planları olub olmadığı barədə bir söz deyə bilmərəm. 

Açıq danışım biz Dəməşqə həmlə barədə heç bir əlaqəmiz olmayıb. Bizim əsla belə bir planımız olmayıb” Con Kirbi

Müşavir həmçinin vurğulayıb: “biz olay barədə dəqiqləşdirmə aparırıq. 

Lakin həmişə olduğu kimi, İraq və Suriyada qüvvələrimizin canı və təsisatlarımızı qorumağa ciddi yanaşırıq. Qorunmağa nə lazımdırsa icra edəcəyik”. 

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian aprelin 2-i iddia edib ki, ABŞ bu ölkənin Dəməşqdə Konsullauğuna İsrailin həmləsi üzrə rolu olub və cavabdeh olmalıdır.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar