SON XƏBƏRLƏR

“Politico”: Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib

2024.04.03, 16:03
“Politico”: Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib

Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib.

Gunaz.tv

Bu barədə “Politico” Ukrayna ordusunun adı açıqlanmayan iki yüksək rütbəli rəsmisinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, cəbhədə Ukraynanın üzləşdiyi hərbi mənzərə yaxşı deyil və Rusiya generalları qarşıdan gələn hücum əməliyyatları zamanı diqqəti hansı istiqamətə yönəltsələr, uğur əldə edə bilərlər.

Əlavə olunub ki, sayca üstün hərbi qüvvələri və həftələrdir Ukrayna mövqelərinə endirdiyi idarə olunan aviabombalar sayəsində Rusiya ön xəttin bir neçə hissəsini əzə bilər.

“İndi Ukraynaya heç nə yardım edə bilməz, çünki Ukraynanın ehtimal ki, üzərimizə göndərəcəyi çoxsaylı Rusiya qüvvələrinə qarşı balans əldə etməsi üçün ciddi texnologiya yoxdur. Bizim bu texnologiyamız yoxdur və Qərbdə də onlardan kifayət sayda yoxdur”, - hərbi rəsmilərdən biri bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar