SON XƏBƏRLƏR

İranın əleyhinə ABŞ tərəfindən yeni sanksiya

2024.04.05, 13:09
İranın əleyhinə ABŞ tərəfindən yeni sanksiya

İranın Silahlı Qüvvələri Baş Qərargahının alış-verişlərini təmin edən cəmiyyətin gəmilərinə ABŞ tərəfindən sanksiya tətbiq olunub.

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Bürosu (OFAC) bu barədə bildirməklə BƏƏ-də yerləşən Okeanlink Martitaym (Oceanlink Maritime DMCC) Cəmiyyətinin yüzlərlə milyon dollar dəyərində 13 gəmisinə sanksiya tətbiq olunduğunu açıqlayıb.

Nazirliyin bəyanatında cəmiyyətin mülkiyyətində 12 gəmidən ibarət naviqasiya şəbəkəsinə malik olduğu və davamlı olaraq İranın Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən ölkə mallarının daşınmasında ciddiyətlə və aktiv iştirak etdiyi qeyd olunub. 
O cümlədən, Cəmiyyətin müdiriyyətində olan Hikeyt (HECATE) gəmisi 100 milyon dollardan artıq İran mallarını bir müddə əvvəl gəmidən gəmiyə keçirmə metodu ilə sanksiya qoyulmuş Dover adına digər gəmiyə köçürüb. 

Dover gəmisi həmin yükləməni İranın Sepehr Enerji Cəmiyyəti (Sepehr Enerji İran Cahan Nima Pars) tərəfindən icra edib.

Bəyanatda həmçinin İranın bölgə və dünyada sabitliyi pozma fəaliyyətlərini təmin edən maliyyə dövriyyəsinin qarşısını almaq üçün ABŞ tərəfindən tədbirlərin davam edəcəyi vurğulanıb. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar