SON XƏBƏRLƏR

SEPAH etink bəlucları güllələyib

2024.04.05, 14:41
SEPAH etink bəlucları güllələyib

Ötən gün İranın Sistan və Bəlucistan əyalətində baş verən silahlı qarşıdurma zamanı yarım hərbi "Bəsic" üzvü olan 4 etnik bəluc SEPAH tərəfindən öldürülüb.

Gunaz.tv

Bu barədə məlumat yayan Bəluc Fəallarının Kampaniyası SEPAH-ın bəluc "Bəsic"lərdən canlı sipər kimi istifadə etdiyini yazıb.

Bildirilib ki, miliyyətcə bəluc olan “Bəsic” üzvləri "Ceyş əl-Ədl" silahlı təşkilatına qarşı əməliyyatda iştirakdan yayınmaq istədikləri üçün cəzalandırılıblar.

Qeyd edək ki, aprelin 4-də "Ceyş əl-Ədl" silahlı təşkilatı Çabahar, Rask və Sərbaz bölgələrində SEPAH, "Bəsic" və polis məntəqələrinə hücum edib.

Rəsmi məlumata görə, qarşıdurma zamanı 13 hökumət qüvvəsi, 18 silahlı bəluc həyatını itirib.

"Ceyş əl-Ədl" təşkilatı isə yaydığı bəyanatda 18 üzvünün öldüyünü təsdiq edərək, 200 hökumət qüvvəsini zərərsizləşdirdiyini iddia edib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar