SON XƏBƏRLƏR

Makıda ərazi iddiaçılarına reaksiya verildi

2024.04.06, 10:04
Makıda ərazi iddiaçılarına reaksiya verildi

Qərbi Azərbaycan əyalətinin Makı şəhərində keçirilən idman yarışında Azərbaycan torpaqlarına iddia edən mühacirlərə cavab olaraq milli şüarlar səsləndirilib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər.

Makıda "Ramazan Kuboku" futsal yarışları çərçivəsində baş tutan qarşılaşma zamanı azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər.

Şəhərin 2 min nəfərlik "Vəliəsr" idman kompleksinə toplaşan azərbaycanlı gənclər dinc və mədəni şəkildə Qərbi Azərbaycan əyalətinə torpaq iddiası edənlərə cavab veriblər.

Onlar "Dağlar başı dumandır, Makı Azərbaycandır", "Yaşasın Azərbaycan", "Nə mutlu türkəm deyənə" və başqa bu kimi şüarlar səsləndirməklə iddiaçılara və onların dəstəkçilərinə etirazlarını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl aprelin 4-də də Təbrizin "Səhənd" stadionunda "Traxtur" və "Sepahan" futbol komandalarının qarşılaşmasında oxşar şüarlar səsləndiriib.

Stadiona toplaşan 100 indən çox azərbaycanlı tərəfdar "Urmu Azərbaycanın ürəyidir", "Bu torpaqdan pay olmaz" və başqa bu kimi şüarlar veriblər, plakatlar qaldırıblar.

Xatırladaq ki, marın 1-də İran parlamentinin 12-ci çağırış seçkilərində Urmu şəhərindən İran parlamentinə 2 kürd namizd göndərilib.

Bundan sonra bir sıra radikal terror təşkilatları, onların tərəfdarları və hakimiyyətə bağlı qruplar Qərbi Azərbaycan əyalətinin bəzi bölgələrinə ərazi iddialarını təkrar etməyə başlayıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar