SON XƏBƏRLƏR

İran etnik bəlucların torpaqlarını bölür

2024.04.06, 11:49
İran etnik bəlucların torpaqlarını bölür

Tehran hakimiyyəti ölkənin cənub-şərqində yaşayan etnik bəlucların torpaqlarının bölünməsi ilə bağlı plan hazırlayıb.

Gunaz.tv

İran mediasınn yazdığına görə, bir il əvvəl təklif edilən plan baxılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Plana əsasın etnik sünni bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin, Sistan əyaləti və Bəlucistan əyalətinə bölünməsi nəzərdə tutulur.

İran prezidenti İbrahim Rəisinin bununla bağlı Daxili İşlər Nazirliyinə göstəriş verdiyi bildirilib.

Mərkəzi hakimiyyət bunu əyalətin inkişafının təmin edilməsi ilə əlaqələndirir.

Ancaq bəluclar bununla razılaşmır, əyalətin bölünməsini bəluc torpaqlarının parçalanması, etnik sünni bəlucların etnik tərkibinin dəyişdirilməsi planının tərkib hissəsi olduğunu deyirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar