SON XƏBƏRLƏR

Zahidanda polis bölməsinə silahlı hücum olub- Ölənlər var

2024.04.06, 15:29
Zahidanda polis bölməsinə silahlı hücum olub- Ölənlər var

Bu gün Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə silahlı hücum olub.

Gunaz.tv

Bu barədə məlumat yayan Bəluc Fəallarının Kampaniyası hücumun naməlum şəxslər tərəfindən Sərcəngəl polis məntəqəsində edildiyini bildirib.

Hücum nəticəsində 2 polis öldürülb, 1 polis ağır yaralanıb.

Hələlik heç bir təşkilat hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Rəsmi dövlət mediası gecikmə ilə hadisəni təsdiq etsə də, hücumun təfərrüatı barədə məlumat yaymayıb.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar