SON XƏBƏRLƏR

İranın XİN başçısı Oman və Suriyaya səfər edib - ABŞ-yə mesaj var

2024.04.08, 12:19
İranın XİN başçısı Oman və Suriyaya səfər edib - ABŞ-yə mesaj var

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Dəməşqə yola düşüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Abdullahiyanın Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Dəməşqə səfər etdiyi bildirilib.

O, bundan əvvəl Omana səfər edib və Masqatda omanlı həmkarı Bədr Busəidi ilə görüşüb.

Abdullahiyanın Omanda Yəmən husilərinin sözçüsü Məhəmməd Əbdülsalamla da müzakirələr aparıb.

Oman Xarici İşlər Nazirliyi səfərlə bağlı yaydığı bəyanatda bunun bölgədə gərginliyin azaltması məqsədi daşıdığını deyib.

 İsrailin “Yerusəlim Post” qəzeti səfərlə bağlı anonim mənbələrə istinadən maraqlı fakt açıqlayıb.

"İran Qəzzada atəşkəs əldə olunarsa, İsrailin Dəməşq konsulluğuna endirdiyi hava hücumuna cavab verməkdən imtina edəcəyi barədə ABŞ-ı məlumatlandırıb",- deyə qəzet yazıb.

Qeyd edək ki, 1 apreldə İsrailin Dəməşqdə İran səfirliyinin yaxınlığında yerləşən binaya endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb.

İran hədəf alınan yerin konsulluq binası olduğunu iddia etsə də, İsral həmin binadan SEPAH komandirlərinin İsrailə qarşı terror hücumlarını planlaşdırmaq üçün istifadə etdiklərini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar